Azərbaycanlı məşqçinin yetirməsi Belarusa medal qazandırıb

Azərbaycanlı məşqçinin yetirməsi Belarusa medal qazandırıb
  • İDMAN

Belarusda yaşayan azərbaycanlı məşqçi Fərhad Məhərrəmovun yetirməsi Cavid Həmzətov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Aktual.az  "Report"a istinadən bildirir ki, 85 kq. çəki dərəcəsində çıxış edən Dağıstan əsilli pəhləvan Belarus yığmasının üzvü kimi mükafatçılar sırasında yer alıb.
O, mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Həmzətov çinli Fey Penqi 3:0, avstriyalı Amer Hrustanoviçi 4:0 hesabı ilə yendikdən sonra, yarımfinalda ukraynalı Jan Belenyuka uduzub - 0:3. Bununla belə, təsəlliverici görüşdə 27 yaşlı pəhləvan bolqarıstanlı Nikolay Bayryakova 4:1 hesabı ilə qalib gələrək, bürünc medalçı olub.
Qeyd edək ki, Fərhad Məhərrəmov uzun müddət Belarus yığmasının məşqçilər korpusunda yer alıb. Hazırda o, Minskdəki klublardan birində məşqçi kimi çalışır.

Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR