Azərbaycanlı futbol məşqçiləri Türkiyənin "Fənərbağça" klubunun akademiyasında olublar.
Aktual.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, AFFA "Qəbələ"nin U-19 komandasında çalışan Zaur Hacıyevi və "Sabah"ın U-19 kollektivində işləyən Saşa Yunisoğlunu qardaş ölkəyə təcrübə məqsədilə göndərib.
Məşqçilər bir həftə "Fənərbağça" akademiyasında olublar və klubu ölkəmizdə qəbul etmək istədiklərini də vurğulayıblar.
Xəbər 191 dəfə oxunub.