Türkiyədə yaşayan məşhur model Günay Musayeva biznesmen sevgilisi Taha Tatlıcını bıçaqlayıb.
Aktual.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "2-ci sayfa" verilişində məlumat verilib. Modelin sevgilisini bıçaqlama səbəbi kimi cütlüyün mübahisə edərkən Tahanın Günayla oğlu Cihangiri döyməsi olub.
Hadisə ilə bağlı Taha polisə şikayət edib. Günay ifadəsində söyləyib ki, Tahanı özünü müdafiə etmək üçün bıçaqlayıb:
"Taha çox əsəbi idi. Oğlumu döydü. Oğlum və özümü qorumaq üçün bıçaqla qarşısına keçdim. Üstümə hücum edəndə bıçaq ona batdı”.
Musayevanın 2,5 il həbsi tələb olunur.
Qeyd edək ki, Günay ötən həftələrdə verdiyi açıqlamada sevgilsinin çox qısqanc olduğunu bildirmişdi.
Qeyd edək ki, eks-əri Tolqa Karel bu yaxınlarda model haqqında verdiyi açıqlamada Günayın ona cadu etdiyini açıqlamışdı. Modelin aktyorla ilk nikahından bir oğlu var.
Aktual.az
Xəbər 404 dəfə oxunub.