Azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölümü ilə bağlı yayılan xəbərlər şou-biznes nümayəndələrinin də marağına səbəb olub.
Aktual.az Publika.az-a istinadən xəbər verir ki, tanınmışlardan müğənni Elnur Məmmədov, Niyam Səlami, rəqqasə Fatimə, prodüser Tarix Əliyev sosial şəbəkələrdə avtoritetin ölümü ilə bağlı xəbərləri paylaşaraq başsağlığı veriblər.
Tarix Əliyev xəbərdən sarsılaraq şok keçirdiyini, Elnur Məmmədov xəbərə hələ də inanmadığını yazıb. Niyam "kaş xəbər yalan olaydı" yazıb.