Azərbaycanlı məmurların biznesmen övladları – SİYAHI

Azərbaycanlı məmurların biznesmen övladları  – SİYAHI

Azərbaycanda bəzi məmur övladlarının bizneslə məşğul olduğu, onlardan bəzilərinin bu işi rəsmi, bəzilərinin isə qeyri-rəsmi şəkildə həyata keçirdiyi hər kəsə məlum həqiqətdir.

Aktual.az bu məqalədə atası yüksək vəzifə daşıyan, özü isə bizneslə məşğul olan məmur övladlarından bəhs edəcək.

Biznesmen məmur övladlarından danışanda ilk yada düşən isim – Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov olur. Ölkənin aparıcı şirkətlərindən olan “Garant Holdinq”ə rəhbərlik edən nazir oğlu paralel olaraq Azərbaycan Qolf Federassiyasına və Amerika-Azərbaycan Cəmiyyətinə rəhbərlik edib. Həm atası, həm də qayınatası nazir olan Anar Məmmədovun rəhbəri olduğu “Garant Holdinq”in tərkibinə - "Qarant Sığorta" ASC, "Azbentonit" MMC, "Royal İsteyt" MMC, "English Yard" MMC, "Quba Olimpiya Kompleksi" MMC, "Avto-Media" MMC, "Ucar Aqro" MMC, "M.Trans" MMC, "Delfin" MMC, "Goranboy Gips" ASC, “Garant Media” Holdinq və s. şirkətlər daxildir.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovda biznesmendir. O, “United Enterprises International” şirkətlər qrupunun prezidenti olmaqla yanaşı, “Qəbələ” fubtol klubunun prezidenti, Azərbaycan Avropa Cəmiyyətinin sədridir. Nazir oğlunun şirkətlər qrupuna onlarla müəssisə daxildir. Bu sırada qida, tikinti, turizm və digər profilli şirkətləri xüsusi qeyd etmək olar.

Prezident Adminstrasiya İctimai-Siyasi Əlaqələr şöbəsinin müdiri Əli Həsənovun oğlu Şamxal Həsənov “Kaspi Global” şirkətinin rəhbəridir. Bu şirkət Azərbaycanda iki iri miqyaslı və peşəkar yaradıcı heyətin iştirakı ilə teleserial çəkir.

Milli Məclisin deputatı Mahir Aslanovun oğlu Məhəmmədəli Aslanov “Bank of Azerbaijan”da İdarə Heyətinin sədridir. Deputat oğlui paralel olaraq bir sıra iri biznes şirkətlərinə rəhbərlik edir. Bu sırada mebel, tikinti və digər sahələri göstərmək olar.

Milli Məclisin digər deputatı Elmira Axundovanın oğlu da bizneslə məşğuldur. Adı müxtəlif qalmaqallarda hallanan Həbib Axundov fərqli biznes sahələri ilə məşğuldur. Bir neçə ay öncəyə qədər paytaxtdakı böyük supermarketlər şəbəkəsinin ortqalarından idi.

Adnan/Aktual.az

Xəbər 14668 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR