Azərbaycanlı lezbilər məscidin önündə öpüşdülər — FOTO

Azərbaycanlı lezbilər məscidin önündə öpüşdülər   — FOTO

Azərbaycanda fəaliyyət göstərən Peace for LGBTQ təşkilatı hər kəsi şoka salan fotosessiya edib.

Fotoları özəl olaraq AZXEBER.COM-a təqdim edən təşkilat bununla bağlı bəyanat da yayıb. Bəyanatda deyilir:

"Z-53" fotosessiyası Azərbaycanda LGBT nümayəndələrinin dini, milli, hüquqi müstəvidə təzahürüdür.


Bu fotolar homofob cəmiyyətə illərlə yığılmış dözülməz diksriminasiyaya qarşı bir mesaj və üsyandır. Çəkiliş bizə həyat riski ehtimalı bahasına başa gəlsə də, heç bir qorxu bizim ifadə azadlığı tələbatımızı üstələyə bilmədi.

İllərdir siz bizi görməzdən gəlirsiz, qəbul etmək istəmirsiz amma biz varıq. Biz öz təbiətimizi danmırıq, öz varlığımızdan utanmırıq baxmayaraq ki, illərlə bizə bunu aşılamağa, bizi alçatmaga, kompleks yaratmağa, utanmaga, özümüzü inkar etməyə vadar etmisiz. Bu fərqliliyi qəbul etməlisiniz. Bizə bu haqqı siz verməmisiz ki, əlimizdın də alasiz. Hamını eyniləşdirməyə, eyni bir həndəsi fiqura çevirməyə zorlandırmayın” – deyə Peace for LGBTQ təşkilatının rəhbəri Gülarə Əzimzadə hüquqlarını müdafiə etdiyi LGBT nümayəndələrinin mesajını cəmiyyətə çatdırdı.

Gülarə Əzimzadə 2011-ci ildə Free LGBT Azerbaijan təşkilatının əsasını qoyaraq həmsədri vəzifəsində çalışmışdır. Peace for LGBTQ təşkilatı isə 2013-cü ildə təsis edilmişdir. “Z-53” fotosessiyasi Pərvanə Balakişiyevanın iştirakı ilə 2015-ci ilin oktyabr ayında reallaşdırılmışdır".

Hər kəsi şoka salacaq fotoları təqdim edirik.

Xəbər 3556 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR