Azərbaycanlı kişi rusiyalı həmcinsi ilə evləndi - VİDEO

Azərbaycanlı kişi  rusiyalı həmcinsi ilə evləndi  - VİDEO
  • DÜNYA

Azərbaycanlı rəssam Camal Əhmədov Rusiyada ərə gedib.

Aktual.az virtualaz.org-a istinadən xəbər verir ki, eynicinsli nikaha girən rəssam tanınmış rusiyalı DJ, “Avropa Plyus” radiostansiyasının direktoru Maksim Koçerginlə evlənib.

Onların toyu Danimarkada olub. Toyda çəkilən şəkillər adlçəkilən cütlüyün dostları tərəfindən sosial şəbəkələrdə yayılıb.

M.Koçergin Rusiya ictimaiyyətinə yaxşı tanışdır. Camal Əhmədova gəlincə isə yalnız o məlumdur ki, Əhmədov akvarel janrında çəkən rəssamdır. O, bir çox sərgilərdə iştirak edib.

Onu da deyək ki, Koçerginlə Əhmədov nikaha girəndən sonra hələ 2012-ci ildən homoseksuallara nikaha girmək icazəsi verilən Danimarkada qalmayaraq geri dönüblər. Onlar hazırda Rusiyada yaşayırlar. Rusiya isə eynicinsli nikahları tanımır. 

Xəbər 876 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR