Təhqiqat komitəsi məlumat yayıb
İŞİD terror təşkilatı Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Pıt-Yax şəhərinin məscidində terror aktı təşkil etməyə cəhd edib.
Bu barədə Təhqiqat komitəsi məlumat yayıb.
"Təhqiqat versiyasına əsasən, 2013-cü ilin oktyabrından 2014-cü ilin aprelinə qədər Rizvan Ağaşirinov, Abdulla Məhəmmədov, Abdulla Məhəmmədəliyev, Valeh Əmirəliyev, Şamil Kadaşov, İlya Plotnikov və digərləri Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Pıt-Yax şəhərinin məscidində ziyarətçilərə qarşı terror aktı təşkil etməyə cəhd ediblər", - deyə məlumatda qeyd olunub.
Rusiya hüquq-mühafizə orqanları Rizvan Ağaşirinov, Valeh Əmirəliyev və Abdulla Məhəmmədovu saxlayıblar. Digərləri isə axtarışa verilib.
Qeyd edək ki, üzvlərdən bir neçəsi milliyyətcə azərbaycanlıdır.