Azərbaycanlı ikiqat olimpiya çempionunun evi qarət olunub

Azərbaycanlı ikiqat olimpiya çempionunun evi qarət olunub
  • İDMAN

Hazırda Rusiyanın qılıncoynatma üzrə yığma komandasının baş məşqçisi vəzifəsində çalışan azərbaycanlı ikiqat olimpiya çempionu İlqar Məmmədovun evi qarət olunub.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə 53 yaşlı mütəxəssisin özü məlumat verib. 
İ.Məmmədov bildirib ki, evindən saat və zərgərlik əşyaları oğurlanıb. Baş məşqçi oğruların ikinci mərtəbədən evə daxil olduqlarını söyləyib: "Biz onları qorxutduq. Pəncərədən tullanaraq qaçdılar. Qadın saatı və qızıl-zinət əşyaları götürüblər. Mən bu gün qəsəbənin direktoru ilə söhbət etdim. Onlar bu yolla dünən 5 evə girməyə çalışıblar. Düşünmürəm ki, kimin evinə girdiklərini bilirdilər. Arxalarında polis getdi. Lakin meşəyə qaçıb gizləndilər. Qaranlıqdır, meşədə qar var. Onları ələ keçirmək mümkün olmadı".
Təsdiqlənməmiş məlumatlara əsasən, oğurlanan əşyaların ümumi dəyəri 200 min rubl ( təxminən 4500 manat) olub.
Qeyd edək ki, İlqar Məmmədov qılıncoynatma növündə 1988-ci il Seul və 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin dünya çempionu və Rusiyanın əməkdar məşqçisidir. 
 
Aktual.az
Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR