Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) cəbhə xəttindəki son hadisələr zamanı Azərbaycan vətəndaşlarının əsir düşməsi ilə bağlı heç bir rəsmi məlumat verilməyib.
Aktual.az bildirir ki, bu barədə azvision.az-a Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova deyib. O qeyd edib ki, BQXK öz mandatına görə münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmək hüququna malikdir.
Qeyd edək ki, BQXK-nın Ermənistan üzrə nüməyəndəliyinin rəhbəri Zara Amatuni onlarda Qarabağ münaqişəsi tərəflərində əsirlərin olması barədə məlumatın olmadığını bildirib.