Beynəlxalq dərəcəli hakim-inspektor, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Murad Məmmədov yeni təyinat alıb.
Aktual.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, M.Məmmədov futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsində hakim-inspektor vəzifəsini yerinə yetirəcək.
M.Məmmədovun təyinat aldığı A qrupunda İspaniyanın "İnter FS", Belarusun "Lidselmaş Lida", Fransanın "Kremlin Bisetr Yunayted" və Sloveniyanın "Doboveç" komandaları mübarizə aparacaq.
Qeyd edək ki, A qrupunun oyunları 12 - 15 noyabrda İspaniyanın Torrexon-de-Ardos şəhərində keçiriləcək.