Voleybol üzrə Beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev növbəti təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə o, aprelin 21-24-də Türkiyənin Bursa şəhərində 17 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatının A qrupunun oyunlarını idarə edəcək referilərdən biri olacaq.
Ədalət təmsilçimizlə yanaşı, qrupun matçlarında yunanıstanlı Nikolas Angelidis, litvalı Audrius Qarqasas və serbiyalı Svetlana Zotoviç refelilik edəcəklər.
Bursada ev sahibi Türkiyə, Albaniya, Macarıstan və Ukrayna voleybolçuları güclərini yoxlayacaqlar.
Xəbər 440 dəfə oxunub.