SSRİ, Belarus və Rusiya yığmalarının Azərbaycan əsilli keçmiş sərbəst güləşçisi Vüqar Orucovun oğlu Vüqar Orucov ABŞ çempionu olub.
Aktual.az xəbər verir ki, 61 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan 24 yaşlı idmançı sentyabrda Serbiyada keçiriləcək dünya çempionatında iştirak hüququ qazanıb.
Qeyd edək ki, Vüqar Orucov Barselona-1992 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, 2 qat dünya və Avropa çempionudur.
Xəbər 309 dəfə oxunub.