Azərbaycanlı general-mayor "donuz qripi"ndən vəfat edib.
Aktual.az xəbər verir ki, Qaynar.info-nun əldə etdiyi məlumata görə, hadisə Ukraynada baş verib.
Uzun illərdir bu ölkədə yaşayan və general-mayor rütbəsi daşıyan Namiq (soyadını dəqiqləşdirə bilmədik) adlı həmyerlimiz ötən gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun 45-50 yaşlarında olduğu bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, bir müddət əvvəl general-mayorun oğluna da "donuz qripi" diaqnozu qoyulub. Lakin onun həyatını xilas etmək mümkün olub.