Gənc azərbaycanlı müğənni Sabrina Qamze yeni mahnı üzərində çalışır.
Axşam.az-a açıqlama verən ifaçı bəstəyə klip çəkdirmək fikrində olduğunu bildirib. Bu, onun sayca üçüncü klipi olacaq:
“Mahnının müəllifi Nurlan Təhməzlidir. Aranjiman Elvin Musayev tərəfindən edilib. Sözlər öncədən yazılsa da, bəyənmədiyim üçün dəyişdirmək qərarına gəldim. Klip isə İstanbulda lentə alınacaq. İnanıram ki, uğurlu bir iş ortaya qoya biləyəcəm” – deyə müğənni bildirib.
Sabrinanın sözlərinə görə, gündəmdə az olmasına baxmayaraq, sənəti ilə ciddi şəkildə məşğul olur:
“Boşboğazlıq etmək mənlik deyil. Bəzi müğənnilər kimi yalnız özümü göstərmək üçün çalışmıram. Gözəl ifamla, səmimiyyətimlə tamaşaçıların yaddaşında qalmaq istəyirəm”.
S.Qamze çoxlarının onu türkiyəli müğənni Sibel Cana bənzətdiklərini deyib:
“Buna əsəbləşmirəm. Sadəcə, insanların məni belə xatırlaması xoş deyil. Hamı məni olduğum kimi tanısa, daha gözəl olardı”.
// Aktual.az