Azərbaycanlı gənc İranda əməliyyatdan sonra öldü

Azərbaycanlı gənc İranda əməliyyatdan sonra öldü

Şərifov Tehrandakı xəstəxanalardan birində müalicə alıb.

Ürəyində yaranan problemlərə görə müalicə üçün İrana gedən Azərbaycan vətəndaşı əməliyyatdan sonra dünyasını dəyişib.

Aktual.az report-a istinadən xəbər verir ki, 24 yaşlı Taleh Təvəkkül oğlu Şərifov müalicə məqsədi ilə İrana gedib.

O, bir müddət Tehrandakı xəstəxanalardan birində müalicə alıb. Daha sonra isə əməliyyat olunub. T.Şərifov əməliyyatdan sonra dünyasını dəyişib.

Onun yaxınlarının məlumatına görə, mərhumun atası Təvəkkül Şərifov oğlunun cənazəsini Azərbaycana gətirmək üçün İrana gedib. Taleh Şərifovun cənazəsinin bu axşam Bakıya gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, dünyasını dəyişən gəncin atası Təvəkkül Şərifov Milli Azadlıq Hərəkatının və AXC Lənkəran təşkilatının fəallarından biri olub.

Aktual.az

Xəbər 1811 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR