Azərbaycanlı futbolçuya bir illik qadağa qoyuldu

Azərbaycanlı futbolçuya bir illik qadağa qoyuldu
  • İDMAN

AFFA-nın İntizam Komitəsi futzal üzrə Azərbaycan birinciliyində yaşanan qalmaqala aydınlıq gətirib.

Aktual.az apasport.az-a istinadən bildirir ki, "Sədərək" - FHN matçında baş verənləri müzakirə edən komitə üzvləri hadisənin günahkarlarına ağır cəza tətbiq edib.

Qurum "Sədərək"in üzvü Əli Abbasovu 1 il müddətinə futbol oyunlarından kənarlaşdırılıb. Buna onun matçın 7-ci dəqiqəsindəki hərəkətləri səbəb olub.

Əvvəl sonuncu ümid foluna görə qırmızı vərəqə alan oyunçu meydandan kənarlaşdırıldığı vaxt aqressiv hərəkətlə hakimə qarşı fiziki təsir göstərib. O, meydanı tərk edəndə də ədalət təmsilçiləri təhqir etməkdən çəkinməyib. Bütün bunlar da onun ağır cəzalanması ilə nəticələnib.

Komanda yoldaşını sakitləşdirmək əvəzinə ona qoşularaq aqressiv hərəkətə, həmçinin hakimə qarşı fiziki təsir göstərməyə cəhd edən Şahin Alırzayevin cəzası nisbətən yüngül olub. O, 5 oyunluq cəzalandırılıb.

Futzalçılarının qalmaqal saldığı oyunu davam etdirməkdən imtina edən "Sədərək" klubuna isə 0:5 hesablı texniki məğlubiyyət verilib.

Xəbər 526 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR