Rusiyanın Yekaterinburq şəhər məhkəməsi azərbaycanlı futbolçu Emil Hüseynovu qətlə yetirən qaydasız döyüş üzrə idman ustalığına namizəd Tiqran Çiçakyana hökm oxuyub.
Məhkəmənin hökmü ilə T. Çiçakyan 9 il müddətinə azadlıqdan məhrum edilib.
T. Çiçakyan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, E. Hüseynov ötən il Yekaterinburqda düşən davada öldürülüb. Hadisə şahidlərinin ifadələrə əsasən, E. Hüseynovu erməni milliyyətindən olan T. Çiçakyan qətlə yetib.//Apa