Rusiya yüksək liqasının mini-futbol üzrə "Qərbi Sibir" divizionunda "Viraja" klubunun Azərbaycan əsilli oyunçu Sərxan Mikayılov baş hakimin üzünə yumruqla vurub.
Aktual.az "Report"a istinadən xəbər verir.
Xəbərdə bildirilib ki, baş hakim Mikayılovu qaydanı pozduğu üçün cəzalandırıb. Bu, oyunçunun xoşuna gəlmədiyindən, o, topu hakimə sarı atıb. Hakim də ona qırmızı kart göstərib. Bundan qəzəblənən futbolçu hakimi vurub.
Aktual.az