Azərbaycanlı ermənini ölümdən qurtardı

Azərbaycanlı ermənini ölümdən qurtardı

Rusiyada keçirilən beynəlxalq tədbirdə Azərbaycan vətəndaşı bir erməniyə tibbi yardım göstərməklə onun həyatını xilas edib.

Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Surqut şəhərində keçirilən milli mədəniyyət festivalında Ermənistan təmsilçisinin vəziyyəti qəfildən pisləşib və onun ürəyi gedib. Onu ilk görın azərbaycanlı dərhal köməyə çatıb.

Daha sonra "Ararat" mili-mədəni mərkəzinin sədri Armenak Simonyan festival iştirakçıları qarşısında soydaşımıza təşəkkürünü bildirib. O, bütün ermənilər adından həmyerlisinə kömək etmiş Azərbaycan vətəndaşına minnətdarlığını bildirərək bunu Surqutda yaşayan azərbaycanlılarla ermənilər arasında xoş münasibətlərin nümunəsi kimi qiymətləndirib.

Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR