Futzal üzrə FIFA referisi Yusif Nurullayev dünya çempionatının ilkin seçmə mərhələsinə təyinat alıb.
Aktual.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Y.Nurullayev 4-cü qrupda keçiriləcək oyunları idarə edəcək. Bu qrupda Kipr, Latviya, Ermənistan və Estoniya yığmaları yer alıb.
Qeyd edək ki, oyunla oktyabrın 22-də, 23-də və 25-də Kiprdə keçiriləcək.