GUAM-ın yeni baş katibi azәrbaycanlı fövqәladә vә sәlahiyyәtli sәfir Altay Әfәndiyev tәyin olunub.
Bu barәdә qәrar Gürcüstan, Ukrayna, Azәrbaycan vә Moldova Xarici İşlәr Nazirlәri Şurasının Bratislavada keçirilәn iclasında verilib.
Şura növbәti görüşün Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası çәrçivәsindә keçirmәyi qәrara alıb.
Xarici İşlәr Nazirlәri Şurası görüşdә GUAM ölkәlәrinin bir çox sahәlәrdә, o cümlәdәn iqtisadiyyat, ticarәt vә hüquq-mühafizә sahәsindә әmәkdaşlıqlarını müzakirә ediblәr. Görüşdә digәr ölkәlәrlә vә beynәlxalq tәşkilatlarla әmәkdaşlıq müzakirә olunub.(APA)
Aktual.az