Azərbaycanlı boksçu xərçəngə tutuldu

Azərbaycanlı boksçu xərçəngə tutuldu
  • İDMAN

Azərbaycanlı məşhur boksçu Emil İsrafilbəyov (Emil Baku) ağır xəstəliyə tutulub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə yazıblar.

Özünü Emilin qonşusu kimi təqdim edən Marina adlı xanım internetdə yazıb ki, məşhur idmançı beyin şişi xəstəliyindən əziyyət çəkir.

Emilin yaxın tanışı olan İvetta Miller adlı başqa bir "Feysbuk" istifadəçisi də boksçunun durumunun yaxşı olmadığını bildirib və hamını Emilə dəstək olmağa çağırıb.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-a köçüblər. Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə “Baku” ləqəbini seçib.

Emilin dostları sosial şəbəkələrdə çağırış edərək idmançıya maddi və mənəvi dəstək olmaq üçün kampaniyaya başlayıblar.

Xəbər 681 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR