Azərbaycanlı biznesmendən oğlunun oğurlanması xəbərinə - Reaksiya

Azərbaycanlı biznesmendən oğlunun oğurlanması xəbərinə   - Reaksiya

Malik Pirverdiyev oğlu Cəlalın oğurlanması ilə bağlı açıqlama verib.

Aktual.az Qafqazinfo-ya daxil olan açıqlamanı olduğu kimi təqdim edir:

“Oğlum Pirverdiyev Cəlalın oğurlanması barədə bəzi kütləvi informasiya vasitələrində gedən informasiyalar və bundan doğan narahatçılığa görə öncədən təşəkkürümü bildirirəm.

Qeyd edim ki, oğlum Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Donetsk Vilayət təşkilatının sədri Pirverdiyev Cəlal oktyabrın 13-dən 14-ə keçən gecə Kiyevdə müəmmalı şəkildə naməlum şəxslər tərəfindən oğurlanıb. Bununla bağlı artıq Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Onun atası kimi bəyan edirəm ki, oğlum Pirverdiyev Cəlalın hansısa qüvvələr tərəfindən oğurlanması barədə yayılan informasiyaların heç bir əsası yoxdur. Məsələnin mənəvi tərəfinin ağırlığını başa düşərək hər bir media nümayəndəsinin keçirtdiyi narahatlığı anlayır, bu məsələdə təsdiqini tapmayan informasiyanın mənfi fəsadlar verməməsində mənə yardımçı olmaqınıza əminliyimi bildirirəm”. 

Aktual.az 

Xəbər 674 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR