Fransanın Jiverni şəhərində keçirilən "Musiqi festivalı” bu il "İpək yolu” mövzusuna həsr edilib və festival üçün yeni musiqi bəstələmək Azərbaycanın tanınmış bəstəkarı Firəngiz Əlizadəyə həvalə edilib.
Aktual.az-ın Report-a istinadla məlumatına görə, builki festivalın məqsədi "İpək yolu” üzərində yerləşən ölkələrdə təkamülə töhfə vermiş elm və biliyin tarix boyu necə cərəyan etdiyini azərbaycanlı musiqiçinin həzin notlarının güçü ilə canlandırıb, musiqisevərlərə təqdim etməkdir.
Tədbir təşkilatçılarının təklifinə razılıq verən Azərbaycanın görkəmli musiqiçisi avqustun 17-27 tarixlərində keçiriləcək festivalda bir sıra əsərləri, o cümlədən hamının böyük maraqla yolunu gözlədiyi yeni musiqisi ilə iştirak edəcək.
Azərbaycanlı bəstəkarın əsərlərini ifa edən musiqiçilər siyahısına görkəmli pianoçu Jan-Klod Vanden (Belçika), məşhur sripkaçılar Mişel Stross (Fransa), Nikita Boriso-Glebski (Rusiya), əfsanəvi səsə malik Şaron Coste (Fransa - Kanada mənşəli) daxildirlər.
Aktual.az Xəbər 896 dəfə oxunub.