Azərbaycanlı avtoritet Rusiyada həbs edildi

Azərbaycanlı avtoritet Rusiyada həbs edildi

Moskva şəhər Presnesk rayon məhkəməsi azərbaycanlı qanuni oğru Taleh Dağlıyevi 3 il müddətinə azadlıqdan məhrum edib.

Aktual.az  lent.az-a istinadən xəbər verir ki, kriminal aləmdə "Taleh Maştağinski" kimi tanınan Dağlıyev  narkotik maddə saxlamaqda ittiham edilib.

Dağlıyev ötən ilin sentyabrında Moskvadakı "Naş dvor" restoranında saxlanılmışdı. Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunan 32 yaşlı "Taleh Maştağinski"nin üzərindən narkotik  maddə tapılmışdı.

Taleh Dağlıyev Bakının Maştağa qəsəbəsindəndir. O, 2014-cü ildə Türkiyədə keçirilən "sxodka"da "oğru" adı alıb. Ona bu titul "Lotu Quli" tərəfindən verilib.
 

Aktual.az

Xəbər 840 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR