"Space" telekanalının aparıcı Nurlan Əliyev işdən ayrılıb.
Aktual.az axşam.az-a istinadən bildirir ki, aparıcı bu haqda sosial şəbəkədə yazıb.
"Dörd il ərzində çalışdığım sevimli kanal "Space TV"dən ayrıldım. Göstərdiyi dəstəyə görə kanalın rəhbəri Vaqif Mustafayevə və kollektivə təşəkkürümü bildirirəm", - deyə, o bildirib.
Nurlan sözügedən kanalda "Olanlar" verilişinin aparıcısı kimi çalışırdı.
Aktual.az
Xəbər 376 dəfə oxunub.