Bir müddət əvvəl ana olan azərbaycanlı model-aktrisa əri, məşhur türk prodüseri ilə yollarını ayırıblar.
Milli.Az xəbər verir ki, tanınmış model-aktrisa Minarə Allahverdiyeva Türkiyə vətəndaşı olan prodüser Kamal Cenk İçtənlə yollarını ayırıblar. Bu barədə prodüser özü xəbər verib.
Kamal öz səhifəsində bu sözləri yazıb: "Çox dəyərli dostlar. Artıq bu gündən sonra həyatımda yeniliklər və yeni bir səhifə açaraq davam edəcəm. Sizlərdən rica edirəm, kimsə mənə özəl həyatımla bağlı soğru-sual etməsin.
Təqribən 18 ay bərabər keçirdiyim və canım qızım Məryəm Nur İçtənin anası ilə yollarımızı ayırmaq qərarına gəldik. Ona bir yerdə olduğumuz müddət yaşadığımız hər dəqiqə üçün çox-çox təşəkkür edirəm.
Allah yeni həyatda ona hüzur, xoşbəxtlik, can sağlığı və uzun ömür versin. Allaha əmanət olun" - deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl isə Minarə Allahaverdiyeva ərindən boşanma xəbərinin yalan olduğunu bildirmişdi.
/ Aktual.az