Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində azərbaycanlı ailə ölüb.
Aktual.az xəbər veir ki, bu barədə APA-nın Rusiya bürosuna Orenburqdaki Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimov məlumat verib.
Məlumata görə, yanğın fevralın 12-si, yerli vaxtla saat 13:54-də Orenburq şəhəri, Salmışskaya küçəsi, ev 58/1-də, 9-cu mərtəbədə qeydə alınıb. Yanğın nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Hazırda ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır.
Hazırda hadisə yerində istintaq qrupu işləyir, hadisənin səbəbləri araşdırılır.
Aktual.az
Xəbər 438 dəfə oxunub.