Hantinqton xəstəliyinin ilk gen terapiyasına rəhbərlik edən təbrizli alim Sara Təbrizi məşhur "Nature" jurnalı tərəfindən 2025-ci ilin 10 nüfuzlu şəxsi siyahısına daxil edilib.َ
Aktual.az xəbər verir ki, bu barədə ingilisdilli "Nature" jurnalı məlumat yayıb.
Qeyd edək ki, Britaniyada anadan olan S.Təbrizi London Universitet Kollecinin (UCL) Nevrologiya İnstitutunun professoru və Neyrodegenerativ Xəstəliklər Bölməsinin həmsədridir.
O, bundan əvvəl də bir neçə yeniliyə imza atdığına görə beynəlxalq elmi mükafatlar qazanıb.
Xəbər 61 dəfə oxunub.