"Azərbaycanla oyuna yüksək səviyyədə hazırlaşmışıq. Bu prosesdə hər hansı ciddi problemlə üzləşmədik".
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Finlandiya millisinin baş məşqçisi Tommi Kautonen deyib.
Skandinaviyalı mütəxəssis AÇ-2017-nin seçmə mərhələsinin bu gün Azərbaycan yığmasına qarşı keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb: "Təbii ki, kiçik zədələr istisnadır. Çünki belə hallar həmişə olur. Bizə lazım olan nəticəni qazanmağa köklənmişik. Elə buna görə də tamamilə bu matça konsentrasiya olmuşuq. Yeganə hədəfimiz 3 xaldır. Bu, bizim minimum vəzifəmizdir. Çünki ardınca Rusiya ilə səfər qarşılaşmamız da var ki, orada da uğur qazanmalıyıq. Rusiyaya yüksək əhval-ruhiyyə ilə, qazanılan 3 xalla yollanmaq istəyirik. Arenaya toplaşacaq azarkeşlərin dəstəyi də bizim məqsədə çatmaq üçün çox vacibdir".
Qeyd edək ki, Finlandiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.