"Çox vacib oyuna çıxacağıq. Azərbaycanla qarşılaşma asan olmayacaq. Dünya kubokuna gedən yolda zəif rəqib yoxdu. Bu səbəbdən mərhələ görüşünə qələbə ilə başlamaq vacibdi. Məqsədimiz 3 xal qazanmaqdı”. "Qafqazinfo” xəbər verir ki, bunu Portuqaliya yığmasının futbolçusu Danilo Pereyra deyib.
Sabah DÇ-2022-nin seçmə mərhələ oyunlarına start veriləcək. Portuqaliya millisi ilk görüşündə Azərbaycan yığması ilə qarşılaşacaq. Görüş pandemiya səbəbindən İtaliyanın Turin şəhərində keçiriləcək.
Pereyranın fikrincə, Portuqaliya yığması nəinki Azərbaycan, digər oyunlarda da qələbə qazanmalıdı: "Düzdü, Azərbaycan qrupun favorit komandası deyil. Amma biz bütün rəqiblərə qalib gəlmək iqtidarındayıq. Hazırda zəif komandalar yoxdur. Yaxşı təşkilatlanmış komandalar var. Yaxşı nəticə qazanmaq üçün Azərbaycanı yaxşı təhlil edəcəyik”.
Pereyra matçın azarkeşsiz keçirilməsinə də toxunub: "Yeni dünyaya alışmalıyıq. Turində tamaşaçısız problem olmayacaq. Məqsəd dəyişmir, üzərimizə düşən məsuliyyətdən yayınmayacağıq. Bütün gücümüzlə meydanda qoyacağıq”.
Xəbər 317 dəfə oxunub.