Gürcüstanla Azərbaycan arasında möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək üçün hazır olduğumuzu bir daha təsdiqləmək istəyirəm.
Aktual.az xəbər verir ki, bu, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Baş naziri Əli Əsədova göndərdiyi məktubda yer alıb.
Məktubda Gürcüstanda keçirilmiş parlament seçkilərində əldə olunmuş qələbə münasibətilə Ə.Əsədovun Kobaxidzeyə göndərdiyi təbrikə görə minnətdarlıq ifadə edilib:
"Fürsətdən istifadə edərək Gürcüstanla Azərbaycan arasında möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək üçün hazır olduğumuzu bir daha təsdiqləmək istəyirəm. Ölkələrimiz arasındakı strateji münasibətlər regionda sülh və sabitlik üçün olduqca əhəmiyyətlidir və inanıram ki, birgə səylərimizlə, bütün sahələrdə gələcək əməkdaşlığımız daha da möhkəmlənəcəkdir".
Xəbər 236 dəfə oxunub.