Ümid edirik ki, onilliklərdir davam edən münaqişəyə son qoyulacaq.
Aktual.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün parlamentin növbədənkənar iclasında deyib.
O qeyd edib ki, Almatı Bəyannaməsinin prinsiplərinə riayət etməklə sərhədin delimitasiyası prosesi başa çatdırılmalıdır:
"Bu yolla biz iki dağıdıcı müharibəyə səbəb olan düşmənçiliyə son qoymalıyıq”.
Xəbər 560 dəfə oxunub.