"Azərbaycanla danışıqlar davam etdiriləcək"


"Dağlıq Qarabağla bağlı Avropa Əməkdaşlıq layihəmiz var".

Aktual.az APA-ya istinadən bildirir ki, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vətəndaş cəmiyyəti aktorlarının maliyyələşdirilməsi, qadın təşkilatları üzvlərinin görüşlərinin təşkili və digər mümkün imkanlardan yararlanmaqda davam edəcək: "Biz insanların, qadınların, gənclər təşkilatları üzvlərinin görüşməsi üçün bu kimi platformaların təşviqini davam etdirmək istəyirik. Siz yalnız dialoqla irəli gedə bilərsiniz".

M. Mard danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparıldığını xatırlatsa da, Avropa İttifaqının insanlararası münasibətlərin qurulmasının təşəbbüskarı olmaq istədiyini də vurğulayıb. "Bu məsələ Avropa İttifaqının xüsusi nümayəndəsi Herbert Salberin mandatına daxildir. O bu gün və sabah Bakıda olacaq. Burada o, rəsmi şəxslərlə yanaşı vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək".

Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR