Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan

Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan

Ermənistan heç bir ölkə ilə, o cümlədən Azərbaycanla silahlanma yarışına girməyi planlaşdırmır. Rəsmi İrəvan bu məsələdə qarşıdurma xəttini deyil, təhlükəsizlik ehtiyaclarına uyğun balanslı yanaşmanı üstün tutur.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, silahlanma yarışında iştirak etməmək Ermənistanın müdafiə sahəsində addımlar atmayacağı anlamına gəlmir.
O qeyd edib ki, ölkə öz silahlı qüvvələrinin ehtiyaclarını nəzərə alaraq silah və hərbi texnika alınmasını, həmçinin mövcud imkanların modernləşdirilməsini davam etdirəcək.
Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR