Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqlənib - FƏRMAN

Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqlənib - FƏRMAN

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib.
Aktual.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, memorandum 2026-cı il fevralın 4-də Dubay şəhərində imzalanıb.
Xəbər 42 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR