Azərbaycanla bağlı bu ləkəni vicdanımızdan sildik

Azərbaycanla bağlı bu ləkəni vicdanımızdan sildik

44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana qətiyyətli dəstəyi Azərbaycanın tarixi torpaqlarını erməni işğalından azad etməklə yanaşı, 1944-cü il Boraltan faciəsinin rüsvayçı ləkəsini də ölkəmizin vicdanından silməyə imkan verdi. O zaman Sovet hakimiyyəti Ankaranın təhvil verdiyi bir qrup azərbaycanlı qardaşımızı dərhal güllələmişdi.
Aktual.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasından sonra keçirilən brifinqdə çıxışında deyib.
Ərdoğan 76 azərbaycanlının güllələnməsini faciə adlandırıb, bu faciədə o vaxt hakimiyyətdə olan Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) təqsirkar olduğunu bildirib:
"Xalqımız 76 il Boraltan faciəsinin acısını qəlbində daşıyıb. Artıq Qarabağda 30 illik erməni işğalına son qoyuldu, Türkiyə xalqı isə Boraltan faciəsinin ləkəsindən xilas oldu. Biz bu cür hadisələrin təkrarlanmasına imkan verə bilmərik”.
Qeyd edək ki, 6 avqust 1945-ci ildə 146 azərbaycanlı SSRİ zülmündən qaçaraq qardaş Türkiyəyə sığınır. O zaman SSRİ-nin tələbi ilə geri qaytarılan azərbaycanlılar Araz çayının üzərindəki Boraltan körpüsündəcə sovet əsgərləri tərəfindən güllələnir.
Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR