"Torpağı işğal altında olan ölkə kimi Azərbaycanın öz torpağını işğaldan azad etmək hüququ var. Dağlıq Qarabağa bitişik 7 rayon onsuz da qaytarılmalı idi. Xatırladım ki, 2011-ci ildə Dmitri Medvedevin münaqişə tərəfləri ilə imzaladığı memorandumda 7 rayonun danışıqlar yolu ilə Azərbaycana qaytarılması nəzərdə tutulub. Bu memorandumda azərbaycanlı qaçqınların həmin ərazilərə qaytarılması ilə bağlı müddəa da yer alıb".
Aktual.az xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı tanınmış jurnalist, siyasi ekspert Maksim Şevçenko bildirib.
O qeyd edib ki, Dağlıq Qarabağda hazırkı vəziyyətə taktiki-siyasi tapşırıq kimi baxmaq lazımdır. “Fikrimcə, Azərbaycan hələlik genişmiqyaslı müharibəyə hazırlaşmır. Son günlər baş verənlər göstərdi ki, Azərbaycan bununla bir çox məqamları nümayiş etdirin. Birincisi, Dağlıq Qarabağın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyət zonasına daxil olmadığını... İkincisi, Azərbaycan göstərdi ki, onun ordusu ən çətin tapşırıqları belə yerinə yetirmək qüdrətindədir. On illər ərzində cəbhə xəttində ermənilərin möhkəmlənmiş mövqeyinin darmadağın edilə biləcəyini göstərib. Üçüncüsü, Azərbaycan ordusunun əvvəlki ilə müqayisədə nə qədər inkişaf etdiyini nümayiş etdirib. Dördüncü məqam isə Azərbaycan xalqının vətənpərvər ruhunun yüksək olmasının nümayişi idi. Beşincisi, Azərbaycanın beynəlxalq ictimaiyyətin buna reaksiyasını yoxlaması idi. Bu özünü çox gözlətmədi. Türkiyə rəhbərliyi tərəfindən Bakıya lazım olan reaksiya gəldi".
Rusiyalı ekspertin fikrincə, Dağlıq Qarabağda hazırda baş verənlər Rusiyanın bu regionda sözünün vacib olduğunu bir daha göstərmək üçün şans yaradıb: “Yaxın vaxtlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya, baş nazir Dmitri Medvedevin isə İrəvana edəcəyi səfərlər buna dəlalət edir. Kreml onlayn rejimdə hər iki tərəflə əlaqədədir. Bu onu göstərir ki, digər oyunçulardan fərqli olaraq Moskvanın hər iki tərəflə birbaşa əlaqəsi var".
M. Şevçenko onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi hazırda məsələ ilə bağlı öz mövqeyini ortaya qoyan dövlətin səyi ilə həll oluna bilər: "Bunlar Rusiya, Türkiyə və İrandır. Hər üç ölkənin bu regionda öz strateji maraqları var. BMT+Təhlükəsizlik+Şurası">BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamələrinə gəldikdə isə xatırladım ki, indi BMT qətnamələrini icra edən ölkə yoxdur. Bu münaqişə BMT qətnamələri ilə deyil, birbaşa Moskva, Ankara və Tehranın zəmanəti əsasında Avropa İttifaqının vasitəçiliyi ilə həll olunmalıdır”.
M. Şevçenko Rusiya KİV-lərinin Dağlıq Qarabağ münaqişəsinin birtərəfli işıqlandırılmasına da münasibət bildirib: "Rusiya mətbuatı hər iki tərəfin mövqeyini işıqlandırır. Dediyiniz məqamların səbəbləri var. Çünki Rusiya mətbuatında xeyli sayda erməni var. Rusiya cəmiyyətində yuxarı mövqelərdə yer tutan ermənilərin sayı kifayət qədərdir. Azərbaycanlı biznesmenlərin sayı da çoxdur. Lakin ermənilər tutduqları mövqedən başqa cür istifadə edirlər".