Azərbaycanın xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Yuri Baliyev vəfat edib.
Bu barədə Trend-ə teatrın mətbuat xidmətindən bildiriblər.
O, uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib.
Y.Baliyev 23 aprel 1949-cu ildə anadan olub. 1975-ci ildə Yaroslavl şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirib. 1975-ci ildən S.Vurğun adına Rus Dram Teatrında aktyor kimi çalışıb. Bu illər ərzində teatr səhnəsində 60-dan çox rol oynayıb. Onun yaratdığı Ayı (A.P.Çexov, "Ayı”), Bernardo (L.de Veqa, "Xitroumnaya vlüblennaya”), Rasputin (R.İbrahimbəyov, "Petlya”), Çingizxan (M.Şaxanov, "Çingizxanın sirri”), İxtiyar (N.Xəzri, "Burla Xatun”), Şamrayev (A.P.Çexov, "Qağayı”), Professor (N.Rəsulzadə, "Nonsens”) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
Y.Baliyev bir neçə filmdə də çəkilib. "Ovsunçu”, "Babək”, "Salandar”, "Tehran-43″ və s. filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynayıb.
Xəbər 1288 dəfə oxunub.