İsmayıllı rayonunun Lahıc qəsəbəsində şort geymək qadağan edildi.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, müvafiq elanın şəkili sosial şəbəkələrdə paylaşılıb.
Elanda qəsəbənin rəhbərliyi turistləri adət-ənənələrə riayət etməyə çağırmaqla yanaşı, qəsəbə ərazisində şortla gəzməyin qəti qadağan olması barədə xəbərdarlıq edib.
Qeyd edək ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsi ən çox turist cəlb edən məkanlardan biridir.