Azərbaycanın sinxron üzgüçüsü də mübarizəyə qoşuldu

Azərbaycanın sinxron üzgüçüsü də mübarizəyə qoşuldu

İyunun 13-də - birinci Avropa Oyunlarının ikinci günündə sinxron üzgüçülərin mübarizəsi davam edir. 

AzNews.az xəbər verir ki, Bakı Su İdmanı Sarayında keçirilən yarışın ikinci günündə 21 atlet sinxron üzgüçülüyün fərdi kombinasiya növü üzrə mübarizə aparırlar.

Bu mübarizədə Azərbaycan, Yunanıstan, İsrail, Avstriya, Rusiya, Ukrayna, Türkiyə, Almaniya, Fransa, Polşa, Macarıstan, İtaliya, Çexiya, Bolqarıstan, Hollandiya, Böyük Britaniya, İsveçrə, Lixtenşteyn, Slovakiya, Belarus və İspaniya təmsilçiləri çıxış edəcəklər.

Azərbaycan idmançısı 16 yaşlı Yekaterina Valiulina 6-cı nömrə altında gücünü sınayacaq.

Yarışlarda 150 idmançı dörd dəst medal uğrunda mübarizə aparır.

Xatırladaq ki, “Bakı-2015”-də idmanın 12 növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.

Aktual.az

Xəbər 651 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR