Azərbaycanın səsi bu dəfə İspaniyadan gəldi
Azərbaycanın tanınmış cərrahı, Avropa təhsilli uzman, uroloq-anroloq Araz Bayramov İspaniyanın Madrid şəhərində keçirilən Avropa Uroloqlar Cəmiyyətinin illik konqresində iştirak edir.
Hazırda Madriddə olan Dr. Araz Bayramov TƏBİB.AZ-a açıqlamasında bildirib ki, konqresə Avropanın müxtəlif ölkələrindən olan tanınmış uroloqlar qatılıb.
Konqres çərçivəsində müasir urologiyanın əldə etdiyi uğurlar, böyrək daşlarının müalicəsində yeniliklər və digər məsələlər müzakirə olunur.
Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü olan Dr. Araz Bayramovun əldə etdiyi hər iki böyrək daşlarının heç bir kəsik olmadan, stressiz, ağrısız, holmium-lazerlə müalicə üsulu konqresdə müzakirə olunub və avropalı uroloqlar tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, Dr. Araz Bayramov Azərbaycana dönənə qədər Fransanın məşhur Eduard Heriot adına xəstəxanasında çalışıb. ABŞ-ın məşhur “Amerikan” və “Klivlend” klinikaları ilə əməkdaşlıq edir.
Hazırda MTN-nin Hospitalında uroloq-anrdoloq işləyən uzman ölkəmizdə ilk dəfə olaraq laporoskopik uroloji əməliyyatları, laporoskopik parsial nefrektomiya,
ikitərəfli böyrək daşlarının eyni anda müalicəsini həyata keçirib.(TƏBİB.AZ)