Azərbaycandakı Facebook istifadəçilərinin böyük əksəriyyəti paytaxt sakinləridir. Hazırda ölkədə ümumi istifadəçilərin sayı 1,75 milyon nəfərdir və onların 1,35 milyonu Bakıda yaşayır. Bu da Bakı əhalisinin 30%-32% faizi deməkdir. Orkhanrza.comda bu haqda araşdırmalar yayımlanıb. Amma digər şəhər və rayonlarımızda Facebook istifadəçi sayı xeyli aşağıdır. Doğrudur Facebook hələ ki, hər rayon üzrə dəqiq statistika təqdim etmir bizə, amma Facebook Reklam panelində “Location (+ Pin)” seqmentasiyası vasitəsilə rayonlarımızda nə qədər Facebook istifadəçisinin olduğunu təqribi demək olur.
Bu yazıda əhalisi təxminən 100 minə yaxın və daha çox olan, Facebook istifadəçisi 5 min və daha çox göstərilən şəhər və rayonlarımızın siyahısını tərtib etmişik.
Facebook istifadəçi sayına görə Azərbaycanın şəhər və rayonları:
Bakı – 1,35 milyon
Sumqayıt – 110 min.
Gəncə – 52 min.
Naxçıvan – 28 min.
Quba – 14 min.
Lənkəran – 14 min.
Qusar – 13 min.
Mingəçevir – 12 min.
Şəki – 12 min.
Qəbələ – 10 min.
Şirvan – 10 min.
Masallı – 10 min.
Zaqatala – 9 min.
Ağstafa – 8,8 min.
Qazax – 8,7 min.
Xaçmaz – 8,1.
Göyçay – 7,6 min.
Bərdə – 7,5 min.
Tovuz – 7,3 min.
Sabirabad – 7 min.
Saatlı – 6,8 min.
Şəmkir – 6,4 min.
Salyan – 6 min.
Goranboy – 6 min.
Yevlax – 6 min.
25+ yaşda istifadə faizinə görə Azərbaycanın şəhər və rayonları:
Əvvəllər Facebookdan istifadə edənlər daha çox məktəblilər və tələbələr idi. Amma hazırkı Facebook statistikasına görə, yaşı 25 və daha çox olanların Facebookdan istifadə faizi kifayət qədər yüksəkdir. Bu da onu göstərir ki, Facebook sosial şəbəkəsi yaşı yuxarı olan insanlar arasında yayılmağa başlayır (Əlavə oxu: Qafqaz ölkələrinin Facebook statistikası)
Ən aktiv 10 şəhər/rayon (25+ yaşda istifadəçilərin ümumi Facebook istifadəçi sayına nisbəti):
Masallı – 60%
Xaçmaz – 59%
Bakı – 58%
Qəbələ – 58%
Goranboy – 57%
Lənkəran – 57%
Sumqayıt – 56%
Yevlax – 55%
Şirvan – 55%
Quba – 54%
Ən passiv 10 şəhər/rayon (25+ yaşda istifadəçilərin ümumi Facebook istifadəçi sayına nisbəti):
Tovuz – 43%
Saatlı – 46%
Sabirabad – 47%
Mingəçevir – 49%
Naxçıvan – 50%
Qazax – 50%
Şəki – 50%
Şəmkir – 50%
Göyçay – 51%
Ağstafa – 51%
Qadınların Facebook’dan istifadə faizinə görə Azərbaycanın şəhər və rayonları:
Facebook’un verdiyi rəqəmərə görə qadınların faiz nisbətində ən aktiv olduğu rayonlar Zaqatala, Mingəçevir, Şəki şəhərləridir. Ən az aktiv olan bölgələrimiz isə Masallı, Cəlilabad, Saatlıdır.
Ən aktiv 10 şəhər/rayon (qadınların ümumi Facebook istifadəçi sayına nisbəti):
Zaqatala – 37%
Bakı – 35%
Mingəçevir – 31%
Şəki – 28%
Lənkəran – 23%
Göyçay – 22%
Tovuz – 22%
Quba – 21%
Naxçıvan -21%
Qusar – 21%.
Ən passiv 10 şəhər/rayon (qadınların ümumi Facebook istifadəçi sayına nisbəti):
Cəlilabad – 9%
Masallı – 10%
Sabirabad – 12%
Saatlı – 13%
Qazax – 16%
Şəmkir – 17%
Goranboy – 17%
Şirvan – 18%
Ağstafa – 18%
Yevlax – 18%
Xəbər 325 dəfə oxunub.