"Aprelin 15-dən 16-na keçən gecə Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmov taksi ilə evə gələrkən sürücü tərəfindən vəhşicəsinə döyülüb".
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, səfirlikdən verilən məlumata görə, E. Məhərrəmov təcili yardımla şəhər xəstəxanasına yerləşdirilib və ona ilkin tibbi yardım edilib.
Məişət zəmində baş vermiş insidentin səbəblərinin araşdırılması üçün səfirlik təcili ölçülər götürüb. Zərərçəkən E. Məhərrəmov özü də hüquq mühafizə orqanlarına ərizə ilə müraciət edib.
İnsidentin detalları məlum olan kimi səfirliyin mətbuat xidməti əlavə məlumat verəcək.