Azərbaycanın Qırğızıstandakı səfirliyində SƏSVERMƏ

Azərbaycanın Qırğızıstandakı səfirliyində   SƏSVERMƏ

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi (referendum) ilə bağlı Azərbaycanın Qırğız Respublikasında səfirliyində yerli vaxt ilə saat 12:00-dək seçicilərin 40 faizi artıq səs verib.

Aktual.az  bildirir ki, səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfirlikdə 16 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 33 saylı referendum məntəqəsində vətəndaşlarımızın sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.
 
Bişkekdə yaşayan və işləyən, səsvermə hüququ və konsulluq qeydiyyatında olan vətəndaşlarımızın siyahıları tutulub. Hətta Bişkekdə ezamiyyətdə olan Azərbaycan vətəndaşları da səfirliyə gəlib səs verirlər.
 
Həmçinin, beynəlxalq müşahidəçilər və Qırğızıstanın kütləvi informasiya vasitələri səfirlikdə keçirilən ümumxalq səsverməsinə böyük maraq göstərirlər.

Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR