O, əslən Tunisdəndir.
Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və “əl-Qaidə” Sanksiya Komitəsinin qəbul edilmiş qərarına uyğun olaraq barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin ümumi siyahısını yeniləyib.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Xidmətdən bildirilib.
Belə ki, dəyişikliyə əsasən, daha bir nəfər əslən Tunisdən olan 1974-cü il təvəllüdlü Mohamed Ben Belkasem Auadinin (Mohamed Ben Belkacem Aouadi) adı əlavə edilib.