Azərbaycanın qadın güləşçisi qızıl medal uğrunda yarışacaq

Azərbaycanın qadın güləşçisi qızıl medal uğrunda yarışacaq

Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik 48 kq çəki dərəcəsində finala vəsiqə qazanıb. "Report"un məlumatına görə, o, yarımfinalda polşalı İvona Matkovskanı 8:2 hesabı ilə məğlub edib. 

Natalya Sinişin isə 55 kq çəki dərəcəsində yarımfinal mərhələsində məğlub olub. O, isveçli Sofiya Mattssona məğlub olub - 5:6. N.Sinişin bürünc medal uğrunda mübarizə aparacaq. 55 kq çəkidə qızıl medal uğrunda polşalı Katarzina Kravczik və S.Mattsson qarşılaşacaq. 

saat 11:45
Bakı. 15 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında qadın güləşi üzrə 48 kq çəkidə çıxış edən Azərbaycan təmsilçisi Mariya Stadnik yarımfinal mərhələsinə yüksəlib. "Report"un məlumatına görə, o, 1/4 finalda fransalı Julie Sabatieni 11:0 hesabı ilə məğlub edib.
Onun yarımfinaldakı rəqibi İvona Matkovska olacaq. 

saat 11:17
Bakı. 15 iyun. REPORT.AZ/ Azərbaycanı təmsil edən Natalya Sinişin "Bakı 2015" I Avropa Oyunlarında 55 kq çəkidə yarımfinala yüksəlib. "Report"un məlumatına görə, o 1/4 finalda türkiyəli Bediha Gündən üstün olub - 12:0. 

Nadiya Muşka isə 69 kq çəkidə rusiyalı Natalya Vorobyovaya 0:7 hesabı ilə məğlub olub. 

saat 10:59
Bakı. 15 iyun. REPORT.AZ/ Azərbaycanı qadın güləşində təmsil edən Natalya Sinişin 1/4 finala yüksəlib. "Report"un məlumatına görə, 55 kq-da mübarizə aparan pəhləvan italiyalı Patrisia Liuzzi üzərində inamlı qələbə qazanıb - 10:0. 

N.Sinişin 1/4 finalda türkiyəli Bediha Günlə üz-üzə gələcək. Qadın güləşçilərin görüşünə saat 11:10-da start veriləcək. 

saat 10:38

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik "Bakı 2015" I Avropa Oyunlarında 1/4 finala yüksəlib. "Report"un məlumatına görə, o, 48 kq çəkidə portuqaliyalı Liliana Koşta Dos Santosu 12:2 hesabı ilə məğlub edib. 

M.Stadnikin 1/4 finaldakı rəqibi fransalı Julie Sabatie olacaq. Qadın pəhləvanlar saat 11:03-də döşək üzərinə çıxacaqlar. 

saat 10:25
Bakı. 15 iyun. REPORT.AZ/ 60 kq çəkidə qadın güləşində Azərbaycanı təmsil edən Yuliya Ratkeviç bolqarıstanlı Taybe Yuseinə 1:4 hesabı ilə məğlub olub. 

saat 10:14
Bakı. 15 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulur. "Report"un məlumatına görə, Oyunların 4-cü günündə qadın güləşi yarışında 4 çəki dərəcəsində medallar təqdim ediləcək. 

İlk olaraq 55 kq çəkidə Azərbaycan təmsilçisi Natalya Sinişin 1/8 finalda italiyalı Patrisia Luissi ilə üz-üzə gələcək. Görüş saat 10:00-da start götürüb. 60 kq-da isə Yuliya Ratkeviç qüvvəsini sınayacaq. Saat 10:14-də başlayan yarışda Ratkeviçin rəqibi bolqarıstanlı Taybe Yusein olacaq. Bundan 7 dəqiqə sonra Mariya Stadnik 48 kq-da portuqaliyalı Liliana Koşta dos Santosu məğlub etməyə çalışacaq. Digər Azərbaycan təmsilçisi Nadiya Muşka 69 kq çəki dərəcəsində rusiyalı pəhləvan Nataliya Vorobeva ilə döşək üzərinə çıxacaq.

Aktual.az

Xəbər 723 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR