Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançıları - SİYAHI

Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançıları   - SİYAHI
  • İDMAN

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən 56 idmançıdan 22-si çıxışlarını tam başa vurub.

Aktual.az  "Report"a istinadən bildirir ki, onlardan cüdoçu Rüstəm Orucovla Elmar Qasımov gümüş medal qazana bilib.

Ötən gün daha 2 legioner - cüdoçu Uşangi Kokauri ilə boksçu Albert Səlimov çıxışlarını yekunlaşdırıb. Bununla da Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançılarının sayı 20-yə çatıb.

Onların yarısı - cüdoçu Uşangi Kokauri, idman gimnastları Oleq Stepko və Petro Paxnyuk, boksçular Abdulqadir Abdullayev və Albert Səlimov, velosipedçi Yelena Pavluxina, akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti, kanoe-slalomçu Yure Meqliç və oxatan Olqa Senyuk legionerdir.

Güllə atıcısı Ruslan Lunyovu qarşıda daha bir sınaq gözləyir. Lunyov 25 metr məsafəyə sürətli atəş yarışında da çıxış edəcək.

Cüdo

Elmar Qasımov (100 kq) - gümüş

Rüstəm Orucov (73 kq) - gümüş

Orxan Səfərov (60 kq) - 5-ci yer

Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer

Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub

Uşangi Kokauri (+100 kq) - 1/8 finalda uduzub.

İdman gimnastikası

Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer

Petro Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer

Boks

Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub

Albert Səlimov (60 kq) - 1/4 finalda uduzub.

Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub

Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub

Cavid Çələbiyev (56 kq) - 1/16 finalda uduzub

Velosiped idmanı

Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer

Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib

Üzgüçülük

Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer

Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer

Akademik avarçəkmə

Aleksandr Aleksandrov - Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq - M2X) - 12-ci yeri tutub.

Kanoe-slalom

Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer

Atıcılıq

Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer

Qılıncoynatma

Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub

Oxatma

Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub.

Xəbər 865 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR