Azərbaycanın NATO PA-dakı nümayəndə heyətində dəyişiklik - SİYAHI

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətində dəyişiklik   - SİYAHI

Azərbaycanın NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.

Aktual.az Report-a istinadən bildirir ki, heyət 5 nəfərdən ibarətdir.
Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin yeni tərkibinə Milli Məclis sədrinin birinci müavini, parlamentdə hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən Ziyafət Əsgərov, YAP icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP-ı təmsil edən deputatlar Məlahət İbrahimqızı, Kamran Bayramov və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev daxil ediliblər.
Yeni heyətə daxil edilən Kamran Bayramov digər YAP üzvü, deputat Tahir Süleymanovu əvəzləyib. K.Bayramov Milli Məclisin yeni deputatlarındandır və 2015-ci ilin noyabrında keçirilən parlament seçkisində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputat seçilib.

Ziyafət Əsgərov yenidən Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri təyin olunub

Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR